ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran növbəti ali liderin seçimində problemlərlə üzləşə bilər.
Bu barədə Aznews.az "ABC News"a istinadən xəbər verir.
Trampın sözlərinə görə, ABŞ-nin zərbələri o qədər uğurlu olub ki, namizədlərin əksəriyyəti məhv edilib.
"Hücum o qədər uğurlu olub ki, biz namizədlərin əksəriyyətini aradan götürdük. Bu, bizim düşündüyümüz şəxslərdən heç biri olmayacaq, çünki onların hamısı ölüb", - ABŞ lideri telekanala şərhində bəyan edib.