Bəşər Əsədin şəxsi hesabları hansı banklardadır? - Siyahı

18 Sentyabr 2013 11:10 (UTC+04:00)

Senatorlar ABŞ-ı Rusiya banklarına qadağa qoymağa səslədi


Senator Riçard Blumental ABŞ Prezidenti Barak Obama administrasiyasını Suriya rejiminə yardım edən Rusiya banklarını cəzalandırmağa çağırırb. Onun sözlərinə görə, Rusiya maliyyə təşkilatlarının yardımı olmadan Bəşər Əsəd müharibəni davam etdirə bilməzdi.

"Axar.az" "Politico"ya istinadla xəbər verir ki, senator müraciətində "biz onların aktivlərini dondura, ABŞ-da fəaliyyətlərinə mane ola, əməkdaşlarının Ştatlara daxil olmasına yasaq qoya və bununla da ruslara çox güclü maliyə zərbəsi vura bilərik", - deyib.
ABŞ senatoru öz kolleqaları ilə birlikdə Əsəd rejiminə yardım edən bank adlarının dəqiqləşdirilməsi xahişi ilə Maliyyə Nazirliyinə məktub göndərib. Məktubda deyilir ki, belə banklara Vneşekenombank, Qazprom, eləcə də "BTB" kimi Bəşər Əsədin şəxsi hesablarının olduğu banklar daxildir.

Maraqlıdır ki, bu çağırış ABŞ və Rusiya arasında Suriyada kimyəvi silah problemi ilə bağlı sorunların yoluna qoyulmasından demək olar ki, dərhal sonra səsləndirilib. Xatıladaq ki, bu ölkələr Suriyaya aid kimyəvi silahın beynəlxalq nəzarət altında ləğvi məsələsində razılığa gələ bilmişdilər.

Xəbər "Axar.az"dan gəlir