Yaxın Şərqdə son dəqiqə hadisələri ard-arda baş verərkən, ABŞ və İsrailin İrana qarşı hücumları davam edir.
XAMENEİ ÖLDÜRÜLÜB
ABŞ və İsrailin həyata keçirdiyi birgə hücum nəticəsində İranın dini lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir.
40 GÜNLÜK MİLLİ MATƏM ELAN EDİLİB
86 yaşlı Xameneinin ölümü Yaxın Şərqdə yeni gərginlik dalğasına səbəb olub. İran hökuməti 40 günlük milli matəm və bir həftəlik rəsmi tətil elan edib.
İran dövlət televiziyası Xameneinin ABŞ və İsrail tərəfindən həyata keçirilən hava zərbələri nəticəsində həlak olduğunu göz yaşları içində açıqlayıb.
YENİ MÜDAFİƏ NAZİRİ TƏYİN OLUNUB
Hücumlar zamanı Tehran rəhbərliyinin mühüm fiqurları – Baş Qərargah rəisi general-mayor Abdurrahim Musəvi və müdafiə naziri Əziz Nasirzadə də ABŞ–İsrail hücumları nəticəsində öldürülüb.
İran Prezidenti Məsud Pezeşkian Nasirzadənin yerinə general Seyyid Macid ibn əl-Rəzanın müdafiə naziri vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Mövsüm,
AzNews.az