ABŞ Mərkəzi Komandanlığı İranla davam edən münaqişə zamanı dörd amerikalı əsgərinin öldürüldüyünü bildirib.
CENTCOM-un açıqlamasında deyilir: "İranın ilk hücumları zamanı ağır yaralanan dördüncü hərbçi aldığı xəsarətlərdən dünyasını dəyişib".
Dünən Mərkəzi Komandanlıq (CENTCOM) üç ABŞ hərbçisinin ölümünü açıqlamışdı.
Mərkəzi Komandanlıq əlavə edir ki, "əsas döyüş əməliyyatları davam edir və cavab tədbirlərimiz davam edir".
Mövsüm,
AzNews.az