Azərbaycanda mobil cihazların bazar payı 45 % azalıb

2 Mart 2026 19:31 (UTC+04:00)

Bu ilin fevral ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 39,99 % təşkil edib.

Aznews.az xəbər verir ki, bu, əvvəlki aya nisbətən 2,57 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 32,37 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı illik ifadədə 45 % azalıb.

Kompüterlərin bazar payı aylıq 2,62 faiz bəndi, illik müqayisədə isə 33,71 faiz bəndi artaraq 59,64 % olub.

Fevralda planşetlərin bazar payı 0,37 % təşkil edib. Bu göstərici aylıq 0,05 faiz bəndi artıb, bir il əvvələ müqayisədə isə 1,34 faiz bəndi azalıb.