ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının genişlənməsi fonunda yüzlərlə iranlı bazar ertəsi günü Türkiyə sərhədindən ölkəyə daxil olub.
Reuters-in şahidlərinin verdiyi məlumata görə, sərhəd keçidində gözləyənlər Tehran’dakı qorxu və yanacaqdoldurma məntəqələrində uzun növbələrdən danışıb.
Səhər saatlarında Türkiyə rəsmi olaraq bildirmişdi ki, üç Türkiyə-İran sərhəd keçidində yalnız Türkiyə vətəndaşları və üçüncü ölkə vətəndaşlarının girişinə icazə verilir, adi iranlıların keçidi müvəqqəti dayandırılıb.
Lakin günortaya doğru Kapıköy sərhəd qapısından iranlılar ölkəyə keçməyə başlayıb. Şahidlər bildirir ki, Tehranda vəziyyət gərgindir, şəhərdə bombalanmalar davam edir.
Mövsüm,
AzNews.az