Qətər Müdafiə Nazirliyi İranın iki Su-24 qırıcı təyyarəsinin vurulduğunu açıqlayıb.
Bu, Yaxın Şərqdəki müharibədə "pilotlu qırıcı təyyarələrin" birbaşa hədəfə alındığı ilk haldır.
AzNews.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları davam edir. İran da öz növbəsində cavab raketləri havaya buraxır.
Az öncə isə Qətər ordusu rəsmi olaraq müharibəyə qoşulub.
Qətər Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, gün ərzində İrandan Qətər hava məkanına qarşı koordinasiyalı, çoxqatlı və kütləvi hücum dalğası baş verib.
Müdafiə Nazirliyinin açıqlamasında Qətər Silahlı Qüvvələrinin ölkənin suverenliyini tam qorumağa qadir olduğu vurğulayıb: "İstənilən xarici təhdidə qətiyyətlə cavab verəcəyik"!
Qətərin İran döyüş təyyarələrini vurması onun İrana qarşı müharibədə ABŞ və İsraillə koordinasiyalı hərəkət etdiyini ortaya qoyur.
AzNews.az