ABŞ-nin Küveytdəki səfirliyi müvəqqəti olaraq bağlanıb

3 Mart 2026 12:49 (UTC+04:00)

ABŞ və İsrailin İrana qarşı hücumları davam edir.

İran isə bu hücumlar fonunda ABŞ-nin Küveytdəki səfirliyini hədəf alıb.

Şahidlər bu səhər Küveyt paytaxtında partlayış səsləri eşitdiklərini bildiriblər.

ABŞ-nin Küveytdəki səfirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda deyilir : "Davam edən regional gərginlik səbəbindən ABŞ-nin Küveytdəki səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Bütün müntəzəm və təcili konsulluq görüşlərini ləğv etdik”.

Qeyd edilib ki, ABŞ səfirliyinin adi fəaliyyətini nə vaxt bərpa edəcəyi barədə məlumat veriləcək

Mövsüm,

AzNews.az