İsrail 2 Türkiyə jurnalistini saxlayıb

3 Mart 2026 14:38 (UTC+04:00)

Tel-Əvivdə vəziyyəti işıqlandıran CNN Türk əməkdaşları canlı yayım zamanı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşib.

Məlumata görə, CNN Türk müxbiri Emrah Çakmak və operator Halil Kahraman İranın raket hücumundan sonra bölgədəki son vəziyyəti izləyicilərə çatdırarkən hadisə baş verib. Jurnalistlər hücum anını, eləcə də mülki şəxslərin sığınacaqlara yönəlməsi və daha sonra sığınacaqlardan çıxması prosesini canlı olaraq təqdim edirdilər.

Bildirilir ki, məhz sığınacaqdan çıxış anlarının efirə verildiyi vaxt bir İsrail təhlükəsizlik əməkdaşı kameraya yaxınlaşaraq əvvəlcə obyektivi əli ilə bağlamağa cəhd edib. Bundan dərhal sonra kadr dəyişib və canlı yayım kəsilib.

AzNews.az