"Diqqətli olmaq lazımdır! İranın hər cür həyasızlığını görmüş millətik.Ona görə də vİrandan gələn xəbərlərin hamısına şübhə ilə yanaşmaq vacibdir! Neçə gündür iddia edirlər ki, ABŞ və ya İsrail qız məktəbini vurub, yüzdən çox şagird ölüb. Amma bir nəfərin belə öldüyünü göstərən görüntü yoxdur. Yalnız ətrafı dağıdılmış bir binanı göstərib deyirlər ki, bura həmin o qız məktəbidir".
Bu sözləri Əməkdar jurnalist Azər Həsrət öz Facebook səhifəsində yazıb. O, sözlərinə belə davam edib:
"Ümumiyyətlə isə düşünürəm ki, ABŞ və İsrail leqal hərbi hədəfləri qoyub niyə hansısa məktəbi vursun axı? Ağlabatan deyil. Xameneyini yerin altında belə tapıb vurmağı bacaran ABŞ-İsrail təbii ki, vuracağı hədəflərin hamısını dəqiq bilir. O baxımdan məktəbin vurulması ağlabatan görünmür.
Bir də vİranın vurduğu hədəflərə baxaq. Ərəb ölkələrinin az qala hamısına raket göndərir. Vurduğu hədəflər də dinc insanların yaşadığı yerlər, hotellərdir. Bu ağılda olan vİranın elə öz ərazisindəki qız məktəbini vura biləcəyini də ehtimal etmək olar. Yəni nəzərə alaq, paylaşımlarda diqqətli olaq.
Hə, bir də Təbriz belə vuruldu, Ərdəbil elə vuruldu deyib şivən qoparanlar var. Bilirik, vurulur oralar da. Amma dinc insanlar, şəhər səmtləri deyil, konkret olaraq SEPAH mənzilləri hədəfə alınır. Vursunlar, düz edirlər. Bitirsinlər bu iyrənc rejimi!
Əlavə olaraq Azərbaycandakı “türkçü”ləri də yada salaq. Bir çoxlarının maskası yırtıldı bu əməliyyatların işığında. Bunlar guya vİranın molla rejimini sevmir, amma “imperialist Amerikaya” və “sionist İsrailə” də haqq qazandırmırmışlar..."
AzNews.az