Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub, bu baxımdan Cənub Qaz Dəhlizinin rolu xüsusi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.