İlham Əliyev: 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik

3 Mart 2026 15:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasının gözlənildiyini deyib.

Aznews.az xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Azərbaycan Prezidenti qeyd edib ki, bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək:

"Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir".