İran Aİ-ni Yaxın Şərqdəki münaqişəyə müdaxilədən çəkindirib

3 Mart 2026 15:39 (UTC+04:00)

İran Avropa ölkələrini İsrail və ABŞ-nin Tehrana qarşı birgə əməliyyatında iştirakdan çəkinməyə çağırıb.

Aznews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bəyan edib.

"İrana qarşı istənilən belə hərəkət (Aİ-nin iştirakı - red.) müttəfiqlik (İsrail və ABŞ ilə - red.) kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə aktı kimi qəbul ediləcək", - Bəqai bildirib.

Daha əvvəl Böyük Britaniya, Almaniya və Fransa İranın Yaxın Şərqdəki müttəfiqlərinə hücumlara son qoymayacağı təqdirdə hərbi güc tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.