Katz: İrana hücumlar zəruri olduğu müddətcə davam edəcək

3 Mart 2026 16:50 (UTC+04:00)

İsrail və ABŞ 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayıb.

İran isə cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.

Hücumlar davam edir

Yisrael Katz məsələ ilə bağlı açıqlama verib. O, X sosial şəbəkə platformasındakı hesabında bildirib ki, gecə saatlarında İsrail ordusu İranın paytaxtı Tehranda hədəflərə zərbələr endirib.

Katz iddia edib ki, İran üzrə raket buraxma imkanlarına və strateji hədəflərə ciddi zərər vurulub və ABŞ–İsrail əməliyyatlarının “misli görünməmiş” xarakter daşıdığını bildirib.

Nazir hücumların “zəruri olduğu müddətcə” davam edəcəyini deyərək bildirib ki, əməliyyatların məqsədi:

Katz əlavə edib ki, İranın ciddi zərər görür və bundan sonra Livana qarşı intensiv hücumların davam etdiriləcəyi mesajını verib.

Tehranda dövlət obyektləri hədəf alınıb

İsrail ordusunun açıqlamasına görə, Tehranda dövlət qurumlarının yerləşdiyi kompleksə zərbələr endirilib.

Məlumatda Prezident iqamətgahı və İranın Milli Ali Təhlükəsizlik Şurasının binasının çoxsaylı sursatla vurulduğu, həmçinin iranlı zabitlərin təlim aldığı bir müəssisə və digər infrastruktur obyektlərinin hədəf alındığı qeyd olunub.

İsrail ordusu hədəf alınan nöqtələri göstərən 3D vizual görüntülər də yayıb.

Mövsüm,

AzNews.az