Almaniya İran səfirini çağırdı və hücumları pislədi

3 Mart 2026 18:50 (UTC+04:00)

Almaniya İran səfirini çağırıb və Tehranı regionda ehtiyatsız hücumlar adlandırdığı hərəkətləri dərhal dayandırmağa çağırıb.

Almaniya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.

X-dəki paylaşımlarda nazirlik mülki hədəflər də daxil olmaqla, İranın raket və pilotsuz təyyarələrinin qeyri-mütənasib və qeyri-dəqiq hücumlarını pisləyərək, onların müttəfiqlər, Almaniya hərbi heyəti və bölgədəki vətəndaşlar üçün təhlükə yaratdığını bildirib.

Mövsüm,

AzNews.az