İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərində yüksək rütbəli ruhanilərin İranın yeni Ali Rəhbərini seçmək üçün toplandığı binaya zərbə endirib.
Bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrindəki mənbə təsdiqləyib.
Məlumata görə, Ekspertlər Məclisinin 88 üzvü var, lakin onlardan neçəsinin binada olduğu bəlli deyil.
Eyni zamanda bu barədə İranın “Mehr” agentliyi də məlumat yayıb. Lakin agentlik tələfatla bağlı məlumat verilməyib.
Qeyd edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei şənbə günü ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb.
AzNews.az