"Hazırda Azərbaycanın şərab zavodlarından birində işini bilən texnoloq axtarılır. Əmək haqqı bilik səviyyəsindən asılı olaraq 3000-6000 AZN olacaq. Zavod məndən texnoloq tapmağıma köməklik göstərməyi xahiş etdi. Amma heç bir namizəd tapılmadı. Özlüyümdə sual verirəm, görəsən, kimdir günahkar?"- bu barədə Azərbaycanın tanınmış şərab texnoloqu, professor Vüqar Mikayılov açıqlama verib.
AzNews.az xəbər verir ki, o, yüksək maaş qarşılığında yerli kadrların tapılmamasından üzüldüyünü ifadə edib.
AzNews.az