ABŞ və Ekvador narkotik əleyhinə əməliyyat keçirir

4 Mart 2026 10:33 (UTC+04:00)

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Ekvador ordusu ilə koordinasiyalı şəkildə keçirilən əməliyyatın təfərrüatlarını açıqlayıb.

Bəyanatda əməliyyatın ölkədə "terror təşkilatları" kimi müəyyən edilən narkotik kartellərini hədəf aldığı bildirilib.

Əməliyyat Latın Amerikası və Karib dənizində mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı davam edən mübarizənin bir hissəsi kimi qeyd edilib.

SOUTHCOM-un bəyanatında ABŞ və Ekvadorun uzun müddətdir ki, yarımkürədə terror, zorakılıq və korrupsiya üçün zəmin yaradan narko-terror təşkilatlarına qarşı qətiyyətli addımlar atdığı vurğulanıb.

Mövsüm,

AzNews.az