İrana qarşı əməliyyatlarda ABŞ-ın 50 mindən çox hərbçisi iştirak edir

4 Mart 2026 09:00 (UTC+04:00)

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana hücumun miqyasını açıqlayıb.

Aznews.az xəbər verir ki, əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir.

Kuperin sözlərinə görə, həmçinin əməliyyatlarda 200-dən çox təyyarə, iki təyyarə daşıyan gəmi iştirak edib.

ABŞ qüvvələri İranda yerləşən hədəflərə 2 mindən çox zərbə endirib.

Hücum nəticəsində İranın havadan müdafiə sistemləri zəifləyib.