Anasını hoteldə qətlə yetirən yeniyetməyə hökm oxundu

4 Mart 2026 13:33 (UTC+04:00)

Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən yeniyetmə A.Q. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib. Aliədaxili münaqişə zəminində 2009-cu il təvəllüdlü A.Q. 1989-cu il təvəllüdlü anası Ə.Q. bıçaqla bir neçə dəfə zərbə endirərək qətlə yetirib. O, Qazax rayonuna gedərək polisə könüllü təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.