İranın yeni Ali Rəhbəri ilk fürsətdə seçiləcək.
Aznews.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Ekspertlər Məclisinin üzvü Seyid Əhməd Xatəmi deyib.
Onun sözlərinə görə, artıq namizədlər müəyyənləşib və yeni Ali Rəhbərin seçilməsinə yaxındırlar.
“Amma indi müharibə vəziyyətidir. Düşmənin ikinci hədəfi Ekspertlər Məclisidir”, - Xatəmi bildirib.
Ekspertlər Məclisinin üzvü namizədlərin adlarını açıqlamayıb.