Şri-Lanka İran gəmisinə hücumda 80 nəfərin həlak olduğunu bildirib

4 Mart 2026 19:21 (UTC+04:00)

Hind okeanında ABŞ sualtı qayığının İran hərbi gəmisinə endirdiyi zərbə nəticəsində ən azı 80 nəfər həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, endirilən zərbə nəticəsində batırılan İran gəmisi Hindistanın şərqindəki limandan İrana qayıdırdı.