Cənubi Koreya Azərbaycanla iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədir

4 Mart 2026 20:04 (UTC+04:00)

Koreya Respublikasının Bakıdakı səfiri Kan Kimqu iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda fəaliyyət göstərən Cənubi Koreya şirkətlərinin rəhbərləri ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrində məlumat verilib.

"Görüş zamanı iştirakçılar cari regional vəziyyət və iqtisadi meyllər barədə məlumat mübadiləsi aparıb, təhlükəsizlik məsələlərinə diqqətin artırılmasının vacibliyini vurğulayıblar. Bundan başqa, tərəflər Azərbaycanla iqtisadiyyat və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səfirlik, dövlət qurumları və Koreya şirkətləri arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi, həmçinin zəruri dəstəyin təmin edilməsi barədə razılığa gəliblər", - məlumatda qeyd olunub.