Mingəçevirdə 45 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

4 Mart 2026 20:12 (UTC+04:00)

Mingəçevirdə 45 yaşlı kişini elektrik cərəyanı vurub.

Aznews.az xəbər verir ki, Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Zaur Mahmudov iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.