İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib

4 Mart 2026 20:24 (UTC+04:00)

İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib.

Aznews.az xəbər verir ki, onlardan 20-si İspaniya, 2-si Braziliya, 2-si Xorvatiya, 2-si də Çexiya diplomatlarıdır.

Eyni zamanda 2 Tacikistan, 2 Pakistan, 2 İran vətəndaşı Azərbaycana təxliyə edilib.

Məlumata görə, ispan diplomatlar ailə üzvləri ilə birlikdə sərhədi keçiblər.