İlqar Məmmədovun imzaları ekspertizaya göndərildi

18 Sentyabr 2013 13:35 (UTC+04:00)
Bu gün saat 14:00-da Bakı Apellyasiya Məhkəməsində ReAl Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovun namizədliyinin qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

AzNews.az-ın məlumatına görə, prosesdə İ.Məmmədovun özü də iştirak edib.

Məhkəmə İ.Məmmədovun namizədliyi üçün toplanan imzaların arasından etibarsız sayılanlarının ekspertizaya göndərilməsi ilə bağlı qərar qəbul edib.

Anar
AzNews.az