NATO-nun Baş katibi Mark Rütte bildirib ki, alyans İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırlıq görüb.
Alyansın rəhbəri bunu "Newsmax" televiziya kanalına verdiyi müsahibədə NATO-nun potensial insidentlərə reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib.
"Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində etdiyimiz iş alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir", - deyə Rütte bildirib.
AzNews.az