İran ordusunun Baş Qərargahı: Türkiyəyə raket atılmayıb

5 Mart 2026 10:51 (UTC+04:00)

Türkiyə torpaqlarına doğru raket atılmayıb.

Aznews.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

“İran Ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün İrana məxsus ballistik raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.