ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qərargahına daha çox hərbi kəşfiyyatçı göndərilməsini istəyir.
Aznews.az xəbər verir ki, bu barədə “Politico”da məqalədə dərc olunub.
Məqalədə deyilir ki, CENTCOM Pentaqona Floridada yerləşən qərargahına daha çox hərbi kəşfiyyatçı göndərməsi üçün müraciət edib.
Bildirilib ki, burada məqsəd İrana qarşı hərbi əməliyyatların azı 100 gün, hətta sentyabr boyu davam etdirilməsi ehtimalı fonunda hərbi kəşfiyyat potensialını artırmaqdır.