Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub

5 Mart 2026 15:13 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyinə təyinat olub.

Aznews.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumata görə, Vadim Pşeniçnıy bu ilin mart ayından etibarən ARDNF-in İcraçı direktoruna müşavir təyin edilib.

Qeyd edək ki, V. Pşeniçnıy 2005-ci ildən ARDNF-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən yeni vəzifəsinə qədər Fondun risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.