İsrail ordusu Tehranda İran hakimiyyəti ilə əlaqəli təhlükəsizlik və hərbi obyektləri hədəf alan 12-ci hücum dalğasını tamamladığını bildirib.
Fars dilindəki hesabı tərəfindən dərc edilən açıqlamada, ordu Əlborz əyalətindəki zərbələrin polis qüvvələrinə nəzarət və əyalətdəki bölmələrə komandanlıq etməkdən məsul olan xüsusi bölmənin qərargahına endirildiyini bildirib.
Tehranın digər ərazilərində İslam İnqilabı Keşikçiləri Korpusu və Bəsicə məxsus obyektləri, eləcə də daxili təhlükəsizlik qüvvələrinin mərkəzi qərargahını hədəf aldığı vurğulanıb.
Hərbçilər əlavə ediblər ki, müxtəlif növ silahların saxlanması və istehsalı üçün istifadə edilən onlarla digər qərargah və ərazi də zərbələrə məruz qalıb.
Mövsüm,
AzNews.az