Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pisləyib.
Aznews.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” hesabında bildirib.
Onun sözlərinə görə, “Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib”, bu isə artıq onun “maskasının düşməsinə dəlalət edir”.
XİN rəhbərinin müavini qeyd edib ki, Tehrandakı rejim daha proksi qüvvələrinin arxasında gizlənmir, birbaşa özü hücum edir və xaos yayır.
“Dünya onu dayandırmayana qədər İran dayanmayacaq”, - nazir müavini vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.