Sevgilisini qısqanan qadın onu öldürdü - Foto

18 Sentyabr 2013 14:23 (UTC+04:00)
Bakıda eks-sevgilisi tərəfindən qətlə yetirlən 28 yaşlı oğlanın qətlinin bəzi təfərrüatları məlum olub.

Artıq sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, sentyabrın 17-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Mədinə Mirsəliyeva münaqişə zəminində bıçaqla Füzuli rayon sakini Elçin Allahverdiyevi qətlə yetirib. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mədinə Mirsəliyeva tutulub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Mədinə Mirsəliyeva ifadəsində qətlə yetirdiyi gənclə sevgili olduğunu etiraf edib. M. Mirsəliyeva qeyd edib ki, buna səbəb özündən 8 yaş kiçik olan sevgilisinin yenicə ailə qurmasıdır. Mədinə son dəfə sevgilisi ilə parkda görüşüb və götürdüyü bıçaqla Elçini ürəyindən vuraraq qətlə yetirib.

Sözügedən cinayətdə ittiham olunan qadın evli olub.

Qeyd edək ki, milli.az saytı mərhum Elçin Allahverdiyevin bazar günü - 15 sentyabrda toyu olduğu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, ailəli və iki uşaq anası olan M.Mirsəliyevanın Elçinlə sevgi münasibətləri olub. Onu evləndiyinə görə qısqanan Mədinə toydan sonra aralarında olan münasibəti Elçinin həyat yoldaşına zəng edərək deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az