Azərin hərbi hissədə konsert verdi - Foto

18 Sentyabr 2013 14:25 (UTC+04:00)

Uzun müddətdir ki, Türkiyədə yaşayan əməkdar artist Azərindən xəbər var. Daxili Qoşunların zabiti olan sənətçi bu dəfə əsgərlər qarşısında çıxış edib.

Bu barədə məlumatı AzNews.az-a sənətçinin özü verib: "Musiqi günü ilə əlaqədar Lənkəran və Cəlilabadda Daxili Qoşunların N saylı hərbi hissəsində oldum. Əsgərlərə verdiyim konsertdə maraqlı ifalar təqdim etdim. Konsertdə mənimlə yanaşı bəstəkar və müğənni Zümrüd Tağıyeva da iştirak edib".

Xatırladaq ki, Z.Tağıyev Daxili Qoşunların Hərbi Orkestrinin solistidir.

Bahar
AzNews.az