Müğənnini maşın vurub öldürdü

6 Mart 2026 09:52 (UTC+04:00)

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır qəza baş verib.

Aznews.az xəbər verir ki, hadisə yolun Saray postu istiqamətindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "KamAZ" markalı yük maşını avtomobilindən düşüb telefonla danışan sürücünü vurub. O, zərbənin təsirindən aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Qeyd edək ki, həyatını itirən şəxs müğənni Kamil Sərməsovdur.

Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, Saray qəsəbəsi ərazisində Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Sabir Əhməd oğlu Səmədovun idarə etdiyi "MAN" markalı 60 AC 426 nömrəli yük avtomobili ilə "Lexus"markalı 77 GE 211 nömrəli abtomobil və yanında dayanmış sürücüsü, 1983-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.

Hadisə nəticəsində Kamil Sərməsov yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az