Yaxın Şərqdəki böhran fonunda Şimali Atlantika Alyansı Avropadakı raketdən müdafiə (RM) sisteminin hazırlıq səviyyəsini yüksəldib.
Bu barədə alyansın Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone məlumat verib.
"Təhlükəsizlik sahəsində dəyişən vəziyyətə cavab olaraq, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) alyansın raketdən müdafiə sisteminin hazırlıq səviyyəsini artırıb", — deyə o, "X" (keçmiş "Twitter") sosial şəbəkəsində bildirib.
Draqone əlavə edib ki, bu tədbir NATO-nun yaranan təhdidlərə operativ, qətiyyətli və kollektiv şəkildə reaksiya vermək imkanlarını vurğulayır.
Mövsüm,
AzNews.az