Donald Tramp İranda başqa bir dini liderin olmasına açıq olduğunu bildirib.
ABŞ prezidenti bu barədə CNN-ə açıqlamasında qeyd edib.
“Bəli, ola bilər, yəni bu, həmin şəxsin kimliyindən asılıdır. Dini liderlərə qarşı deyiləm. Bir çox dini liderlə iş görürəm və onlar möhtəşəmdirlər”, - deyə o bildirib.
“İran bir həftə əvvəlki ölkə deyil. Bir həftə əvvəl onlar güclü idilər, indi isə həqiqətən də sterilizasiya ediliblər”,- deyə Tramp əlavə edib.
Demokratik bir dövlətin qurulmasında israrlı olub-olmadığı barədə suala cavab verərkən Tramp deyib: "Xeyr, mən deyirəm ki, ədalətli və vicdanlı bir lider olmalıdır. Yaxşı iş görməlidir. Amerika Birləşmiş Ştatlarına və İsrailə yaxşı yanaşmalıdır, həmçinin Yaxın Şərqdəki digər ölkələrlə də eyni cür davranmalıdır — onların hamısı bizim tərəfdaşlarımızdır".
Mövsüm,
AzNews.az