ABŞ mediası Rusiyanın Yaxın Şərqdəki ABŞ qüvvələrini hədəf almaq üçün İrana kəşfiyyat məlumatları verdiyini iddia edir.
İsrail və ABŞ 28 fevralda İrana hərbi hücuma başladılar.
İran buna cavab olaraq İsrail, eləcə də ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə əks hücum etdi.
ABŞ-nin hücumlar nəticəsində İranın lideri Ayətullah Əli Xamenei və bir çox yüksək vəzifəli məmur həlak oldu.
ABŞ MƏTBUATI RUSİYANI SUÇLAYIR
“Washington Post” qəzeti adı açıqlanmayan mənbələrə istinadən Rusiyanın İrana kəşfiyyat məlumatı verdiyini bildirib.
Məsələyə vaceh mənbələr iddia edir ki, Rusiya ABŞ hərbi qüvvələrinin, o cümlədən döyüş gəmilərinin və təyyarələrinin yerləşdiyi yeri İranla paylaşıb.
Adı açıqlanmayan mənbə kəşfiyyat fəaliyyətini "olduqca geniş" adlandırsa da, Rusiyanın İrana dəstəyinin miqyasının "tamamilə aydın olmadığını" bildirib.
Digər tərəfdən, Rusiyanın İranı dəstəklədiyini bildiklərini iddia edən rəsmilər Çinin İrana "kömək etmədiyi"ni bildiriblər.
"Rusiya müharibənin uzanmasını istəyir"
“Washington Post” qəzetinin yazdığına görə, Rusiya ABŞ ilə İran arasında uzunmüddətli müharibənin öz maraqlarına uyğun olduğunu düşünür.
Müharibə səbəbindən neft qiymətlərinin artması Rusiyaya fayda verir.
ABŞ və Avropanın diqqətinin Ukraynadan İrana yönəlməsi də Rusiyanın xeyrinə işləyir.
Kremlin sözçüsü Dmitri Peskov isə qəzetin məsələ ilə bağlı şərh almaq istəyini rədd edib.
AzNews.az