Rusiyadakı milyarderin adamı Ermənistan MTX-nin binasını yandırmağa cəhd etdi

7 Mart 2026 09:18 (UTC+04:00)

Bir neçə saat əvvəl internetdə naməlum şəxsin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasını yandırmağa cəhd etdiyini göstərən video yayılıb.

APA xəbər verir ki, daha sonra cinayəti törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb və istintaq təcridxanasına aparılıb.

Ermənistan mətbuatı həmin şəxsin bu yaxınlarda Rusiyadan Ermənistana gəldiyini, Rusiyada və Ermənistanda tanınmış milyarderdir “Taşir Samo” ləqəbli Samvel Karapetyanın tərəfdarı olduğunu məlum olub.

Polis hadisəni araşdırmağa davam edir.

AzNews.az