Rusiya İrana kəşfiyyat məlumatı verir? – ABŞ-nin müdafiə nazirindən reaksiya

7 Mart 2026 10:00 (UTC+04:00)

​Rusiyanın ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin hərəkəti barədə İrana kəşfiyyat məlumatları ötürdüyü iddia edilib.

​ABŞ-nin müdafiə naziri Pit Heqset "CBS" yayım şirkətinə gündəmlə bağlı verdiyi açıqlamalarda bu məsələyə də toxunub.

"Yolverilməz olan hər bir vəziyyətin qarşısı alınır"

​Rusiyanın ABŞ qüvvələrinin hərəkəti barədə İrana kəşfiyyat məlumatı verməsi ilə bağlı iddialardan danışan Heqset: "Amerika xalqı əmin ola bilər ki, onların baş komandanı (Donald Tramp) kimin kiminlə danışdığından tamamilə xəbərdardır", — deyə bildirib.

​ABŞ-nin bütün ssenarilərə qarşı hazırlıqlı olduğunu deyən Heqset: "İstər ictimaiyyətə açıq şəkildə, istərsə də məxfi kanallar vasitəsilə olsun; yolverilməz olan hər bir vəziyyətə müdaxilə edilir və onlara qarşı çox güclü müqavimət göstərilir", — deyə qeyd edib.

Mövsüm,

AzNews.az