Münaqişə bitdikdən sonra İranın xəritəsi dəyişə bilər - Tramp

8 Mart 2026 10:08 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp münaqişə bitdikdən sonra İranın sərhədlərinin dəyişdirilməsini mümkün hesab edir.

Aznews.az xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib.

Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox".