ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub

8 Mart 2026 10:21 (UTC+04:00)

ABŞ və İsrail İranın İsfahan şəhərində istehsalat sexi və atçılıq klubuna zərbələr endirib.

Aznews.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İsfahan vilayət rəhbərinin təhlükəsizlik üzrə müavini məlumat yayıb.

O bildirib ki, zərbə nəticəsində 11 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Rəsminin sözlərinə görə, yeni zərbə dalğasında İranın səkkiz şəhərinə hücum təşkil edilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail hava zərbələri ilə İrana qarşı hərbi əməliyyata başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri Əli Xamenei həmin gün səhər öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları zərbələrə məruz qalıb.