İranın növbəti ali dini liderini seçəcək Ekspertlər Məclisində Ayətullah Əli Xameneinin varisi ilə bağlı çoxluğun razılığı əldə olunub.
Aznews.az xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Məlumata görə, bu barədə ekspertlər Məclisinin üzvü Ayətullah Məhəmməd Mehdi Mirbaqeri məlumat verib.
Mirbaqeri bildirib ki, varisin seçilməsi prosesində artıq əsas razılıq əldə edilib, lakin prosedurla bağlı “bəzi maneələrin” hələ də həll olunması tələb olunur.
İran Konstitusiyasına əsasən, ölkənin Ali liderini seçmək səlahiyyəti 88 üzvdən ibarət Ekspertlər Məclisinə məxsusdur.
Qeyd edək ki, İranı 37 il idarə etmiş Ayətullah Əli Xamenei fevralın 28-də Tehran şəhərinə ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbə nəticəsində həlak olub. Həmin hücum Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin başlanğıcı kimi qiymətləndirilir.
Bu arada İsrail ordusu Xameneinin varisini təyin etməyə çalışan Ekspertlər Məclisinin üzvlərini təqib edəcəkləri barədə xəbərdarlıq edib.
İsrail ordusu bazar günü X sosial şəbəkəsində fars dilində paylaşdığı mesajda bildirib: “Xameneinin varisinin seçilməsi ilə bağlı iclasda iştirak etməyi planlaşdıran hər kəsi xəbərdar edirik ki, sizi də hədəfə almaqdan çəkinməyəcəyik. Bu bir xəbərdarlıqdır”.