İranın Buşehr AES-in əməkdaşlarının təxliyəsinin ikinci mərhələsi reallaşacaq

9 Mart 2026 12:48 (UTC+04:00)

Rosatom İranın Buşehr Atom Elektrik Stansiyasından əməkdaşlarının təxliyəsinin ikinci mərhələsinə hazırdır.

Aznews.az xəbər verir ki, bunu Rosatom dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, Rosatomun əməkdaşları tezliklə təhlükəsiz yerə daşınacaqlar.

Lixaçev əlavə edib ki, Buşehr Atom Elektrik Stansiyasında tikinti işləri dayandırılıb, lakin bəzi işçilər avadanlıqlara texniki xidmət göstərməyə və dayandırıla bilməyən işləri yerinə yetirməyə davam edirlər.

Rosatom rəhbəri vurğulayıb ki, stansiya ətrafındakı vəziyyət çətin olaraq qalır, lakin Buşehr Atom Elektrik Stansiyasına, tikinti sahəsinə və ya işçilərin yaşadıqları yerə heç bir zərbə qeydə alınmayıb.