Ağdaşda üzərinə qaynar su tökülən 78 yaşlı şəxs ölüb

10 Mart 2026 11:30 (UTC+04:00)

Martın 9-u saat 00:40 radələrində 1 nəfər Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Aznews.az xəbər verir ki, 1948-ci il təvəllüdlü şəxsə yanıq şoku, bədən səthinin 90% və daha çox səthinin termiki yanığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 05:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.