SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək

10 Mart 2026 11:33 (UTC+04:00)

ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək.

Aznews.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını yayıb.

Məlumata görə, ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ərəb və ya Avropa ölkəsi gəmiləri Hörmüz boğazından keçmə hüququna malik olacaq.

Qeyd edək ki, İrana qarşı müharibə başlayandan bəri Hörmüz boğazında gəmilərin hərəkəti iflic olub.