Kim Yo Con : ABŞ-Cənubi Koreya təlimləri regional sabitliyi pozur

10 Mart 2026 11:51 (UTC+04:00)

​Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con Cənubi Koreya və ABŞ-ın başlayan birgə hərbi təlimlərinə etiraz edib və onlara "hədsiz güclü" cavab veriləcəyi ilə hədələyib.

Onun bəyanatını Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) dərc edib.

​"Martın 9-dan etibarən düşmən dövlətlər bizə qarşı fitri nifrətlərinin və vərdiş etdikləri düşmənçilik siyasətinin növbəti intensiv ifadəsi olaraq genişmiqyaslı birgə hərbi təlimlərə başlayıblar. Düşmənlər bizim səbrimizi, iradəmizi və imkanlarımızı sınamağa çalışmamalıdırlar", — deyə KCNA onun sözlərindən sitat gətirir.

​Kim Yo Con mürəkkəb beynəlxalq vəziyyət şəraitində "müdafiə və hücum, təlim və real müharibə" arasında heç bir fərqin olmadığı barədə fikir bildirib və buna görə də bu cür hərəkətlərə preventiv və darmadağınedici hücumla reaksiya verməyin zəruriliyini qeyd edib. O vurğulayıb ki, Şimali Koreya düşmənin növbəti addımlarını yaxından izləyəcək.

Mövsüm,

AzNews.az