İrandan daha 17 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.
Aznews.az xəbər verir ki, onların təxliyəsi martın 10-u saat 00:00-dan 12:00-dək "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bunlardan 8-i Azərbaycan, 8-i Çin və 1-i Kanada vətəndaşıdır.
Bundan başqa, İranın bir vətəndaşı və Pakistanın bir diplomatı Azərbaycan ərazisindən İrana keçib.