Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu yalnız FİN kodla aparılacaq

10 Mart 2026 12:41 (UTC+04:00)

Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu yalnız FİN kodla aparılacaq.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliyi imzalayıb.

Belə ki, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.