Kanada paytaxtında qatar avtobusla toqquşdu

18 Sentyabr 2013 19:25 (UTC+04:00)
Kanadanın paytaxtı Ottavada qatar avtobusla toqquşub. APA-nın "AFP" agentliyinə istinadən verdiyi məlumata görə, şahidlər bildirirlər ki, qatar ikimərtəbəli avtobusun arxa hissəsinə çırpılıb.

Ottava yanğınla mübarizə idarənin mətbuat katibi Mark Mesye bildirib ki, toqquşma nəticəsində çoxlu sayda həlak olan və yaralanan var. Qatara isə ziyan dəyməyib.

AzNews.az